backend

Özünü yandıran sürücüdən xəbər var

Özünü yandıran sürücüdən xəbər var















"Özünü yandıran mikroavtobus sürücüsünü palataya keçirmişik. Hazırda vəziyyəti kafidir"

qaynarxett.az xəbər verir ki, bunu ANS PRESS-ə açıqlamasında Respublika Yanıq Mərkəzinin baş həkimi Şöhrət Məmmədov deyib.

O bildirib ki, yuxarı tənəffüz yollarında yanıqlar olsa da xəstənin həyati təhlükəsi sovuşub. Baş həkimin sözlərinə görə, Arzuman Hümbətov hələ bir müddət həkim nəzarətində saxlanılmalıdır.

Qeyd edək ki, bir müddət öncə mikroavtobus sürücüsü Arzuman Hümbətov “20 Yanvar” dairəsinin yaxınlığında üzərinə benzin tökərək yandırıb. Sürücü ağır vəziyyətdə Respublika Yanıq Mərkəzində reanimasiyaya yerləşdirilib.

Onun üz, çənə və sinə nahiyəsinin yandığı məlum olub.

Bakıdan Sumqayıta işləyən mikroavtobus sürücüsünün nəqliyyat müfəttişləri tərəfindən döyülüb, təhqir edilməsindən sonra özünü yandırdığı bildirilir.