backend

İrəvan-Moskva gərginliyi: Bakı nə qazanacaq? – Rəy

İrəvan-Moskva gərginliyi: Bakı nə qazanacaq? – Rəy
























“Azərbaycan hökuməti Ermənistanın indiki siyasi durumundan ciddi istifadə etməlidir”

Bu sözləri Axar.az-a açıqlamasında D18 Hərəkatının sədri Ruslan İzzətli Ermənistanda baş verən son hadisələri şərh edərkən dedi. Ekspertin sözlərinə görə, yaranan narazılıq Rusiyanın Ermənistan üçün iqtisadi sorunlar yaratması ilə nəticələnə bilər: “Son günlər Ermənistan-Rusiya münasibətlərində ciddi problemlər yaranıb. Artıq rəsmilər arasında olmasa da, aşağı təbəqələrdə ciddi Rusiya nifrəti formalaşır. Rusiyanın Gümrüdəki 102 saylı hərbi bazasının hərbi qulluqçusu Valeri Permyakovun erməni Avetisyanlar ailəsinin 6 üzvünü qətlə yetirməsi get-gedə siyasi xarakter almağa başlayır. Artıq Rusiyaya qarşı bəyanatlar və nümayişlər hiss olundu. İkinci isə Rusiya ilə Ermənistan arasında iqtisadi sorunlar yaradacaq. Yaratmasa belə, iqtisadi sanksiyalara məruz qalan Rusiyanın durumu Ermənistana da mənfi təsir edəcək”. Sərkisyan hökumətinin Avrasiya İttifaqına getməklə böyük səhv buraxdığını deyən R.İzzətli Azərbaycan hökumətinin indiki vəziyyətdən maksimum yararlanmalı olduğunu bildirdi: “2015-ci il başlayandan bəri tərəflər bir-birini Qarabağ təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində diversiyalar təşkil etməkdə, qarşı tərəfin hərbi mövqeləri və mülki məntəqələri müxtəlif çaplı silah növlərindən atəşə tutmaqda günahlandırır. Azərbaycan Ermənistanın indiki siyasi durumundan ciddi istifadə etməlidir. Bildiyiniz kimi, Ermənistan artıq Rusiyanın yaratdığı Avrasiya İttifaqının üzvüdür. Biz Qərbi Qarabağ məsələsində yanımıza ala bilərik. Diqqət etsəniz, Ermənistan siyasi ekspertləri açıqlamalarda Sarkisyan iqtidarını cəbhə bölgəsindəki son duruma görə tənqid edirlər və əsas kimi göstərirlər ki, artıq Azərbaycan Qarabağ məsələsində bizdən irəlidədir. Çünki Sərkisyan iqtidarı Avrasiya İttifaqına getməklə uduzdu. Azərbaycan iqtidarı mütləq buna diqqət etməlidir. Bundan başqa cəbhə bölgəsində gərginliyin yaranmasında maraqlı olan Rusiya sanki mesaj verir ki, Qafqazlarda hələ də güc mənəm. İstədiyim an sülh də ola bilər, müharibə də”.