backend

Azərbaycanda arvad ərini məhkəməyə verdi: Uşağın adına görə

Azərbaycanda arvad ərini məhkəməyə verdi: Uşağın adına görə






















“Mən uşağa bir ad, ərim və anası isə ayrı bir ad qoymaq istəyirik”

Azərbaycanda arvad ərini uşağın adına görə məhkəməyə verib.

qaynarxett.az xəbər verir ki, bu barədə vəkil Elmar Süleymanov sosial şəbəkdə məlumat yayıb.

Süleymanov bildirib ki, qadın uşağına istədiyi adı qoya bilmədiyi üçün ondan kömək istəyib.

“Mən uşağa bir ad, ərim və anası isə ayrı bir ad qoymaq istəyirik. Onların dediyi addan heç xoşum gəlmir. Buna görə bir vəkilin yanına getdim, o da ərimdən məhkəməyə şikayət yazdı. Hakim 2-3 həftədən sonra şikayətimizi qaytardı ki, mən belə işə baxmıram. Həmin vəkili indi tapa bilmirəm. Nə məsləhət bilirsiniz?”.

E.Süleymanov isə cavabında belə hallarda adın müvafiq icra orqanı tərəfindən qoyulacağını bildirib: “Məhkəmə haqlı olaraq uşağın adına dair həyat yoldaşınızla yaranmış mübahisə ilə bağlı şikayəti geri qaytarıb. Məsələ bundadır ki, qanunvericiliyə əsasən, valideynlər arasında uşağın adına münasibətdə razılıq olmadıqda yaranan fikir ayrılığı ilkin olaraq məhkəmə tərəfindən deyil, müvafiq icra hakimiyyəti orqanları tərəfindən həll olunur”.