backend

İraqlı “Əsgər atası”

İraqlı “Əsgər atası”






















60 yaşlı Ramadan oğlunun qisasını aldı

Oğlu “İslam dövləti” (İŞİD) terrorçuları tərəfindən edam olunmuş İraq vətəndaşı Basil Ramadan terror təşkilatının yeddi yaraqlısını güllələyib.

Bu barədə yerli KİV xəbər verib.

60 yaşlı Ramadan AK-47 ilə Tikrit şəhərinin buraxılış məntəqəsində yaraqlıları güllələyib, cavab atəşi nəticəsində həlak olub.

Atəş açanın oğlu Əhməd Ramadan yanvar ayında “İslam dövləti” yaraqlıları tərəfindən qətlə yetirilən səkkiz polisdən biri idi. 18 yaşlı Ramadan İraq hakimiyyətinə cəsusluqda ittiham edilərək edam edilib.

Daha öncə “İslam dövləti” üzvləri polislərin edamının şəkil və videosunu paylaşıblar.

Wasat nəşrinin məlumatına görə, 2007-ci ildə “Əl-Qaidə” yaraqlıları tərəfindən Ramadanın birinci oğlu qətlə yetirilib.