backend

Bu xəbərə baxdıqdan sonra "peraşki" yeməyəcəksiniz - Video

Bu xəbərə baxdıqdan sonra "peraşki" yeməyəcəksiniz - Video
















Bakıda peraşki satılan bir sıra obyektlərdə sözün əsl mənasında anti-sanitariya hökm sürür. Əməkdaşlarımız bir neçə belə yerdə bu cür şəraitin şahidi olublar

Əllərində əlcək yoxdur, qab qaşıq bərbad haldadır, yağdan neçə dəfə istifadə edildiyi məlum deyil. Bu şəraiti görən bu yerlərdən peraşki aldığına peşman olar. Antisanitar mənzərə Bakıda peraşki və digər xəmir məhsullarının satıldığı bəzi obyektlərdə qeydə alınıb. Əhalinin sıx olduğu yerlərdə təşkil edilən bu dırnaqarası bazar təmizlik qaydalarından və tələblərdən xeyli uzaqdır.

Ən əsas problem peraşqi qızartmaq üçün istifadə edilən yağın tez-tez dəyişdirilməməsidir . Eyni zamanda burada müştərilərə peraşqinin üzərinə tökmək üçün qablarda ketçuplar da qoyulur ki, bu qablara eyni anda bir neçə adam dişlədiyi peraşqini salır .Satıcıların heç birinin əlcəkləri yoxdur. Ciyər peraşqisi hazılanan qabların təmizliyi də aşağı səviyyədədir.

Respublika Gigiyena və Epidemeologiya Mərkəzinin Qidalanma Gigiyena bölməsinin müdiri İmran Abdullayev bildirir ki, peraşqilərin qeyri-sanitar şəraitdə bişməsi və müştərilərə təklif ədilməsi ağır xəstəliklərə səbəb ola bilər. Yağın vaxtında dəyişdirilməməsi də ayrı təhlükədən xəbər verir.

İmran Abdullayev eyni zamanda onu da bildirdi ki, sanitariya qaydalarına əməl edilmədən fəaliyyət göstərən belə obyektləri cərimə gözləyir. (xezerxeber)