backend

Akif Hacıyev vəfat etdi

Akif Hacıyev vəfat etdi






















O, böyük elmi işçi, şöbə müdiri və direktor vəzifələrində çalışıb

Tanınmış riyaziyyatçı, “Şöhrət” ordenli, əməkdar elm xadimi, AMEA-nın vitse-prezidenti, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, akademik Akif Cəfər oğlu Hacıyev 77 yaşında vəfat edib.

Elmlər Akademiyasından verilən məlumata görə, Akif Hacıyev dünən vəfat edib.

O, 1937-ci il dekabrın 8-də Bakı şəhərində görkəmli tənqidçi, ədəbiyyatşünas alim, professor Cəfər Xəndanın ailəsində anadan olub. Orta məktəbi Bakıda bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (ADU) mexanika-riyaziyyat fakültəsinə daxil olub və 1960-cı ildə universiteti bitirərək, təyinatla Azərbaycan Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutuna göndərilib.

İnstitutda kiçik elmi işçi, elmi katib, böyük elmi işçi və şöbə müdiri və direktor vəzifələrində çalışıb.