backend

İordaniya hökuməti o qadını edam etdi - İŞİD-ə cavab

İordaniya hökuməti o qadını edam etdi - İŞİD-ə cavab

















İŞİD-in iordaniyalı pilot Muaz əl-Kəsəsibəni diri-diri yandırdığını göstərən videoçarxın yayılmasından sonra İordaniya da İŞİD üzvlərini edam edib

İordaniya hökuməti həbsxanada saxladığı Səcidə ər-Rişavi və Ziyad əl-Kərbulini edam edib.

Bu barədə məlumat İordaniya dövlət televiziyasında yayılıb. İordaniyanın mətbuatdan cavabdeh dövlət naziri Məhəmməd Mumani Rişəvi və "Əbu Hüzeyfə" ləqəbli Kərbulinin səhərə yaxın səvvaqa həbsxanasında edam olunduğunu bildirib.

İŞİD dünən iordaniyalı pilotu dəmir qəfəsdə diri-diri yandırdığını göstərən bir videoçarxı internetdə yaymışdı.

Bundan sonda İordaniya hökuməti həbs etdiyi İŞİD və əl-Qaidə üzvlərini edam edəcəyini açıqlamışdı.

İŞİD-in keçən həftə edam etdiyi yaponiyalı jurnalist qarşılığında azad olunmasını istədiyi Səcidə ər-Rişəvi 2005-ci ildə Ammanda 57 nəfərin ölümü ilə nəticələnən “Qara Çərşənbə” partlayışlarını həyata keçirməkdə ittiham olunurdu.

Ziyad əl-Kərbuli isə ABŞ hücumları zamanı öldürülən əl-Qaidənin İraqdakı lideri Əbu Musab Zərqavinin köməkçisi olub.