backend

Bələdiyyələrin nağd şəkildə ödəniş qəbul etməsi qadağan olundu

Bələdiyyələrin nağd şəkildə ödəniş qəbul etməsi qadağan olundu






















Prezident sərəncam imzaladı

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin fevralın 3-də imzaladığı sərəncamla bələdiyyələrin statusu haqqında qanuna dəyişiklik edilib.

qaynarxett.az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, sərəncama əsasən, bələdiyyələrin statusu haqqında qanunun 43-cü maddəsinin birinci bəndinə aşağıdakı məzmunda ikinci və üçüncü cümlələr əlavə edilib.

Belə ki, qanuna edilən dəyişikliyə əsasən, yerli vergi və ödənişlərin ödənilməsi banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələri ilə həyata keçirildiyindən, bələdiyyələr tərəfindən yerli vergi və ödənişlərin nağd şəkildə qəbul olunması qadağan olunub.

Xatırladaq ki, yeni qanun 2015-ci il yanvarın 1-dən qüvvəyə minir.