backend

Şəki pitisi ermənilərin milli yeməyi kimi təqdim olundu

Şəki pitisi ermənilərin milli yeməyi kimi təqdim olundu






















“Pitinin dadı yeməyin hazırlanma nüanslarının nəticəsidir”

Belə baxanda, adi şorbaya oxşayır. ət, noxud, kartof. Və heç başa düşmək olmur, niyə görə, o, erməni mətbəxinin şah yeməklərindən biri sayılır.

qaynarxett.az xəbər verir ki, Rusiyanın məşhur qəzetlərindən olan “Komsomolskaya Pravda”da Azərbaycan mətbəxinin incisi – piti haqqında yazı məhz bu sözlərlə başlayır.

Materialda qeyd olunur ki, pitinin dadı yeməyin hazırlanması nüansının nəticəsidir.

“Adi ət yox, məhz qoyun əti. Və bu əsas olan deyil: heç bir qazan yoxdur.

Yalnız saxsı qablar və yalnız peçdə! Və o zaman siz şorbaların iki yerə ayrıldığını anlayacaqsız: piti və digər şorbalar”.

Göründüyü kimi, lavaş və dolma ilə bağlı təxribatlardan sonra, indi də ermənilər Azərbaycan mətbəxinin qədim incisi, ölkəmizdə daha çox “Şəki pitisi” kimi tanınan pitiyə iddia etməyə başlayıblar.