backend

Ermənistan İraqın Kürdüstan Muxtariyyətində konsulluq açır

Ermənistan İraqın Kürdüstan Muxtariyyətində konsulluq açır
























Ermənistan hökuməti yaxın aylar ərzində İraqın Kürdüstan Muxtariyyətində ölkə konsulluğunun açılmağı ilə bağlı niyyətini açıqlayıb

Salamnews-un İraqın "Sumaria" agentliyinə istinadla verdiyi xəbərə görə, bu barədə Ermənistanın İraqdakı səfiri Kayen Qriqoryan Kürdüstan Muxtariyyətinin baş naziri Nəçirvan İdris Bərzani ilə görüşdə məlumat verib.

Onun sözlərinə əsasən, konsulluğun iyun ayında açılması nəzərdə tutulub.

Ermənistanlı səfir, həmçinin İrəvan-Ərbil aviareyslərinin cari ayın sonundan etibarən həftədə iki dəfə olmaqla, həyata keçiriləcəyini bildirib.

Görüşdə Kürdüstan Muxtariyyətinin rəsmiləri Ermənistan sahibkarlarını Muxtariyyətə sərmayə qoymağa çağırıblar.