backend

Azərbaycan XİN Qarabağda konsert verəcək QHT-yə xəbərdarlıq etdi

Azərbaycan XİN Qarabağda konsert verəcək QHT-yə xəbərdarlıq etdi























Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev “Music for peace” adlanan qeyri-hökumət təşkilatının 6 fevral tarixində Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərində konsert proqramı təşkil edəcəyi barədə xəbəri şərh edib.
H.Hacıyev Modern.az-a açıqlamasında deyib:


““Sülh naminə musiqi”dən danışan təşkilatın iddia etdiyi adı ilə həyata keçirdiyi missiya arasında ziddiyyət var. 1 milyondan artıq azərbaycanlının qanlı etnik təmizləməyə məruz qaldığı və hərbi təcavüz və terror nəticəsində Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarında konsertin təşkil edilməsi sülhə deyil, işğal, təcavüz, qanlı etnik təmizləmə və bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqlarının pozulmasının təşviqinə xidmət edir.
“Music for peace” adlı təşkilat öz məsuliyyətini dərk edərək, bu kimi təxribatçı əməldən çəkinməlidir. Əks təqdirdə, işğal olunmuş ərazilərə qanunsuz səfər edəcək şəxslər Azərbaycan Respublikasında arzuedilməz şəxslər siyahısına daxil ediləcək.
Eyni zamanda bu təşkilatın YUNESCO-nun loqosundan hansı əsasla öz saytında istifadə etməsi məsələsi YENESCO qarşısında qaldırılacaq.