backend

Azərbaycanlını güllələyən polkovnikin məhkəmə qərarı oxundu – VİDEO

Azərbaycanlını güllələyən polkovnikin məhkəmə qərarı oxundu – VİDEO























Qluxov 1 il 7 ay müddətinə azadlıqdan məhrum edildi

İjevskin (Rusiya) Pervomayski rayon məhkəməsi çərşənbə günü Udmurtiya üzrə DİN-in ekspert-kriminalistik mərkəzinin rəis müavini Andrey Qluxovu 2013-cü ildə azərbaycanlı qonşusunun qətlinə görə cəzasını ümumi rejimli koloniyada çəkməklə bir il yeddi ay müddətinə azadlıqdan məhrum edib.

qaynarxett.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Qluxov qətldə və bilərəkdən sağlamlığa yüngül xəsarət yetirməkdə ittiham edilirdi.

Prokuror məhkəmədən Andrey Qluxovu ciddi rejimli koloniyada yeddi il azadlıqdan məhrum etməyi xahiş etmişdi. Polis günahını etiraf etməyib.

Hadisə 2013-cü ilin aprel ayının 13-də İjevskdə binaların birinin girişində baş verib. Həmin gün polisin qonşuları kiçik qızlarının ad günün qeyd edib, yüksək səslə mahnı oxudub, rəqs ediblər. Polkovnikin qonşuları məhkəmədə Aslanovların mənzilində mahnının saat 23.00-dan sonra da yüksək səsləndiyini bildiriblər. Respublika DİN-in yüksək vəzifəli əməkdaşı qonşularını sakitləşdirməyi qərara alıb və onlara ev geyimində və travmatik tapança ilə düşüb.

Hadisə şahidlərinin sözlərinə görə, sərxoş olan Qaflan Aslanov və onun qaynı Etiram Qasımov mahnının səsini almaq xahişinə görə polislə dava salmağa çalışıblar. Andrey Qluxov xəbərdarlıq atəşi açıb, bu isə kişiləri daha da qıcıqlandırıb və onlar polisi yerə yıxaraq döyməyə çalışıblar. Bundan sonra DİN-in polkovniki hücum edənlərə atəş açaraq onlardan birini öldürüb. Öz evinə gedən Qluxov polis çağırıb.

Daha sonra o, 02 nömrəsinə zəng etmədiyini və özü də polis olduğu üçün hətta istirahət günlərində belə vətəndaşların hüquq normalarına qarşı yönlənən hərəkətlərinin qarşısını almalı olduğunu izah edib

“Qluxov özünü və ailəsinin təhlükədə olduğunu hesab etməklə vəziyyəti düzgün qiymətləndirməyib”, - hakim qərarı oxuyaraq qeyd edib.

Qətlə yetirilən Aslanovun qohumları öz növbəsində bildiriblər ki, musiqi yalnız 5-10 dəqiqə yüksək səslənib və polis gələn kimi söndürülüb. Zərərçəkənlərin şahidlərinin sözlərinə görə Andrey Qluxov onların evinə soxularaq, onları hədələyib bununla da Qaflanı və Etiramı öz yaxınlarını qorumağa vadar edib.

Nəticədə məhkəmə DİN-in polkovnikinin hərəkətlərini Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsindən RF CM-in “lazımi özünü müdafiə tədbirlərinin çərçivələrini aşaraq törədilən qətl” 108-ci maddəsinə tövsif edib və cəzasını ümumi rejimli koloniyada çəkməklə bir il yeddi ay müddətində azadlıqdan məhrum edib. Bununla yanaşı məhkəmə onun 1,5 il müddətində ev həbsində olduğunu nəzərə alıb. Nəticədə polis barmaqlıqlar arasında yalnız bir aya yaxın zaman keçirəcək.

Udmurtiya üzrə DİN-in mətbuat xidmətində “Rosiyskaya qazeta”nın müxbirinə bildiriblər ki, Udmurtiya üzrə DİN-in ekspert-kriminalistik mərkəzinin rəis müavini Andrey Qluxov məhkəmənin qərarı qanuni qüvvəyə mindiyi an tutduğu vəzifədən azad ediləcək.