backend

Peyğəmbərin karikaturasını ilk dəfə çap edən redaktor Nobelə namizəd göstərildi

Peyğəmbərin karikaturasını ilk dəfə çap edən redaktor Nobelə namizəd göstərildi















Məhəmməd peyğəmbərin karikaturalarını çap etmiş Danimarkanın “Jyllands-Posten” qəzetinin redaktoru Fleminq Rouz Nobel sülh mükafatının nominantlarından biri olub

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, F. Rouzun namizədliyini Norveç parlamentinin üzvü Maykl Tetzşner irəli sürüb. “Mükafatın söz azadlığının yorulmaz müdafiəçisinə verilməsi onu göstərəcək ki, dinc insanlara amansız hücumlarla bu azadlığı tapdamaq istəyənlər heç vaxt uğura nail ola bilməyəcəklər”, - deyə o söyləyib.

Qeyd edək ki, “Jyllands-Posten” qəzetinin 2005-ci il 30 sentyabr tarixli sayında Məhəmməd peyğəmbərin 12 karikaturası dərc olunub. Bu, islam dünyasına böyük etirazlara səbəb olub, dünyanın bir çox yerində kütləvi aksiyalar keçirilib.