backend

Bakının mərkəzində kütləvi dava

Bakının mərkəzində kütləvi dava






















Xeyli həbs edilən var

Bakının mərkəzində gecə saatlarında kütləvi dava-dalaş olub.

Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, fevralın 4-də saat 00.50 radələrində, 28 may küçəsində Bakı şəhər sakinləri, 1980-cı il təvəllüdlü Tehran Hacıyev və 1986-cı il təvəllüdlü Rəşad Mustafayev bıçaqlanıb.

Onlara xəsarət yetirməkdə şübhəli bilinən, Neftçala rayon sakinləri – 1993-cü il təvəllüdlü İlham Dadaşov, 1992-ci il təvəllüdlü Nurulla İsgəndərov, 1997-ci il təvəllüdlü Vüqar Soltanov və 1993-cü il təvəllüdlü Səmid Hüseynov Nəsimi RPİ 22-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən olunaraq tutulub.

Araşdırmalar davam etdirilir.