backend

UEFA "Qarabağ" klubu haqda bu gün qərar verəcək

UEFA "Qarabağ" klubu haqda bu gün qərar verəcək
















Bu gün "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsinin son turunda "İnter"lə keçirilən görüşdə (0:0) vurulan qolunun baş hakim Miroslav Zelinka tərəfindən qeydə alınmaması ilə bağlı UEFA-ya etdiyi müraciətinə baxılacaq

Qol.Az-ın məlumatına görə, ali futbol qurumu məsələ ilə bağlı qərarını yaxın saatlarda açıqlayacaq.

UEFA-nın iclasında matçın hakimliyi məsələsinə toxunulacaq. Çexiyalı hakim Miroslav Zelinkanın cəzalandırılacağı gözlənilir. Oyunun təkrar keçirilmə ehtimalı isə sıfıra bərabərdir.

Xatırladaq ki, “Qarabağ” – “İnter” matçının əsas vaxtına əlavə olunmuş dəqiqələrdə Riçard Almeyda rəqib qapısına yol tapsa da, matçın baş hakimi Miroslav Zelinka bu qolu ofsayd kimi qiymətləndirərək qeydə almayıb. Nəticədə Ağdam təmsilçisinin də yer aldığı qrupdan növbəti mərhələyə “İnter” və “Dnepr” klubları adlayıb.