backend

Səudiyyə Ərəbistanı Rusiya ilə gizli müzakirələr aparır - İddia

Səudiyyə Ərəbistanı Rusiya ilə gizli müzakirələr aparır - İddia

















Rusiya ilə Səudiyyə Ərəbistanı arasında Suriya məsələsilə bağlı danışıqlar aparıldığı iddia olunur

qaynarxett.az Avropa.info-ya istinadən xəbər verir ki, Rusiyanın Əsədə verdiyi dəstəyi çəkməsi qarşılığında Səudiyyə Ərəbistanının neftin qiymətlərini yüksəltməyi təklif etdiyi bildirilir.

Mətbuatda yayılan xəbərlərdə Səudiyyə Ərəbistanının Suriya məsələsində Rusiyaya qarşı neft “kozr”-ından istifadə etdiyi söylənilir.

İddialara görə Səudiyyə Ərəbistanı hökuməti Rusiyaya neftin qiymətini artırmağı təklif edib. Bunun qarşılığında isə Rusiyanın Suriyanın arxasından çəkilməsini istəyib.

“New York Times”-də yayımlanan xəbərdə Rusiya ilə Səudiyyə Ərəbistanı arasında neft böhranının həlli ilə bağlı bir sıra gizli danışıqların keçirildiyi bildirilir.

Qəzetə müsahibə verən Səudiyyə Ərəbistanlı diplomat məsələylə bağlı bunları bildirib: "Neft Suriyadakı sülhü təmin etməyə kömək edəcəksə Səudiyyə Ərəbistanının razılaşma əldə etməsində heç bir maneə görmürəm".

BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura Suriyada böhranının həlli üçün Türkiyə, İran, Səudiyyə Ərəbistanı, Rusiya və ABŞ-ın razılığa gəlməsinin şərt olduğunu söyləyib.