backend

Ombudsman İlham Əliyevə hesabat verəcək

Ombudsman İlham Əliyevə hesabat verəcək

















İnsan hüquqları üzrə müvəkkilin (Ombudsman) 2014-cü il üzrə hesabatı mart ayında prezident İlham Əliyevə təqim olunacaq

Ombudsman Aparatının İşgəncələrin qarşısının alınması şöbəsinin müdiri, Milli Preventiv Qrupun (MQR) rəhbəri Vüqar Məhərrəmov azVvsion.az-a bildirib ki, artıq Ombudsman Aparatının penitensiar müəssisələrdə apardığı monitorinqlərin və müşahidələrin yekunlarına dair hesabatı tam hazırdır. Lakin müvafiq mərhələlərdən sonra cəmiyyətə təqdim olunacaq: “Qaydaya uyğun olaraq, İnsan Hüquqları üzrə müvəkkil əvvəlcə prezident İlham Əliyevə, baş nazirə və Milli Məclisə illik məruzəni təqdim etməlidir. Bu məruzə mart ayında təqdim olunacaq”.

V. Məhərrəmov qeyd edib ki, növbəti mərhələdə isə Müvəkkilin işgəncələrə qarşı Milli Preventiv Qrupunun hesabatı olacaq. Yəni Ombudsman Aparatı illik iki formada hesabatla çıxış edir.

Qeyd edək ki, Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanovadır.