backend

Baş həkimin döydüyü qadın danışdı - "Sifətimə şillə ilə vurdu..."

Baş həkimin döydüyü qadın danışdı - "Sifətimə şillə ilə vurdu..."

























“Adamın pulu olanda, oğlu böyük vəzifədə işləyəndə, insanlarla belə rəftar etməlidir?”

Nizami rayonu ərazisində yerləşən 26 saylı Şəhər Poliklinikasında baş həkim Pənah Əliyevlə hansısa vətəndaş arasında insidentin yaşandığı barədə məlumat yayılıb. Musavat.com-un iddiasına görə, həmin hadisə zamanı poliklinikaya müraciət edən xanım baş həkim tərəfindən döyülüb. Sonra da xanımın qohumları gəlib, baş həkimlə haqq-hesab cürüdüb. Saytın məlumatında bildirilir ki, bu xəbər Səhiyyə Nazirliyinə çatan kimi baş həkimlə bağlı sərt tədbir görülüb. Səhiyyə naziri Oqtay Şirəliyev vətəndaşla, xüsusilə də qadın xəstə ilə bu cür davranan baş həkimi dərhal işdən qovub. Hazırda P.Əliyev işsiz olduğu deyilir.

Azinform.az apardığı araşdırma nəticəsində poliklinkada döyüldüyü iddia edilən xanımın kimliyini müəyyənləşdirib. Bu, Naxçıvan Muxtar Respublikasında daimi qeydiyyatda olan, hazırda isə Bakı şəhərində yaşayan Aygün Vəliyevadır.

Sözügedən xanım Azinform.az- a açıqlamasında doğrudan da, Pənah Əliyev tərəfindən döyüldüyünü təsdiqlədi:

“Mən sadə bir insanam. Heç kimlə işimiz olmayan adamlarıq. Uşağım da, mən də, həmin poliklinikada “uçot”dayıq. Mənim qeydiyyatım Naxçıvana olsa da, uzun müddətdir ki, yaşadığım ərazi üzrə həmin poliklinikada qeydiyyatda dururam. Ora sənəd almaq üçün müraciət etmişdim. Sənədimi tapmadılar. Baş həkim kimi Pənah Əliyevə müraciət etdim. Həmin insan mənimlə çox kobud tonda danışdı və məni kabinetindən qovdu. Onun rəftarına etiraz etdim. Ayağa qalxaraq, məni zorla kabinetdən çıxarmağa cəhd etdi. Bu hərəkətinə müqavimət göstərəndə, sifətimdən sillə ilə vurdu. Mən 102-ni yığdım və gözlədim. Heç kim hadisə yerinə gəlmədi. Onun öz adamlarından mənə yaxınlaşdılar, sakitləşdirməyə çalışdılar. Mən başa düşmürəm, adamın pulu olanda, oğlu böyük vəzifədə işləyəndə insanlarla belə rəftar etməlidir? Allah özü onun bəlasını verəcək”.

Aygün Vəliyeva Pənah həkimə onun qohumları tərəfində edilən təzyiqlə bağlı səslənən iddialara da aydınlıq gətirdi:

“Həmin hadisədən sonra, ərazi üzrə polis bölməsinə müraciət etdim. Az qaldılar mənim özümü tutub içəri bassınlar. O qədər yersiz sualar verdilər ki, bezdim.
Ekspert rəyi almaq üçün “Su Tikinti” Xəstəxanasına müraciət etdim. Maraqlıdır, yolda bir adama sillə vuranı tutub içəri soxurlar, ancaq mənim şikayətimə baxan olmadı. Ekspertiza mənə doyülməyimlə bağlı rəy verməkdən imtina etdi. Yadıma düşdü, hadisə baş verən zaman Pənah mənim telefonumu da əlimdən zorla aldı ki, heç yerə zəng vurmayım. Dəhlizə çıxıb, çantamda olan başqa telefonla zəng vurdum. Bütün kameralar həmin hadisəni qeydə alıb. Yəqin ki, artıq sildirib. Maraqlı burasıdır ki, həmin hadisəyə görə, Pənahın yox, bizim ailənin başı ağrıdı. Nizami rayon polisi bizi incitməyə başladı. Mən etiraf edirəm, qardaşım və həyat yoldaşım girib ona kabinetində bir silə vurublar. Bunu açıq ediblər ki, cəzası nədir çəkməyə hazırıq. Biz cəzasını çəkdik, bəs Pənaha niyə heç nə edilmir?”

Pənah Əliyevin də, mövqeyini dərc etməyə hazırıq.