backend

Azərbaycan tarixi haqqında kitab erməni bayrağı rəngində – FOTO

Azərbaycan tarixi haqqında kitab erməni bayrağı rəngində – FOTO






















İmtahana hazırlaşanlar üçün

Sosial şəbəkələrdə üzərində “Azərbaycan tarixi haqqında məlumat kitabı” yazıldığı bir dərsliyin fotoşəkilləri yayılıb.

Həmin görüntüləri sosial şəbəkədə yerləşdirən vətəndaşlar Azərbaycanın tarixindən bəhs edən bir kitabın rənginə diqqət yetirirlər.

Belə ki, kitab Azərbaycanın tarixi torpaqlarını, Dağlıq Qarabağı işğal etmiş Ermənistan dövlətinin bayrağı rəngindədir.

Həmin kitabın hansı ildə dərc olunması göstərilməsə də, onun qəbul imtahanlarına hazırlaşan abituriyentlərə aid olduğu görünür.

Digər tərəfdən, kitabın hansı ildə dərc olunması hansısa bir əhəmiyyət kəsb etmir – Ermənistanın Azərbaycana qarşı təcavüzü artıq 25 ildir ki, davam edir və istənilən məsul şəxs düşmən dövlətinin bayrağını ölkəmizin tarixinə aid bir kitabın üzərində yerləşdirilməsinə yol verməməli idi. Ən azından məhz tarix kitabının tariximizi saxtlaşadırmağa cəhd göstərən düşmən ölkənin bayrağı rəngində olması ölkəmizə qarşı təhqir kimi qəbul edilə bilər və edilməlidir də.

Məsələ ilə bağlı Təhsil Nazirliyinin mövqeyini öyrənməyə çalışacağıq.

Kitabın üzərindəki telefon nömrələri ilə əlaqə saxlamaq cəhdlərimiz isə heç bir nəticə vermədi.

Azərbaycan tarixi haqqında kitab erməni bayrağı rəngində – FOTO