backend

Kürdəmir Peşə Liseyində qanunsuzluq dizə çıxıb

Kürdəmir Peşə Liseyində qanunsuzluq dizə çıxıb























Direktor Şərbala müəllim icra başçısı Ceyhun Cəfərovun adından istifadə edir

Texniki peşə təhsilində mövcud olan problemlər gün keçdikcə daha da dərinləşir. Təhsil sahəsində aparılan islahatlara baxmayaraq, peşə liseylərində vəziyyət düzəlmir ki, düzəlmir. Qeyd edək ki, ölkəmizdə peşəkar kadr çatışmazlığının səbəblərindən biri də məhz texniki peşə məktəblərinin iflic vəziyyətdə olması ilə bağlıdır. Bu gün peşə məktəblərində maddi-texniki bazanın zəif olması tələbata uyğun tədris keçilməsinə imkan vermir. Əksər hallarda isə lisey direktorları üzərlərinə düşən vəzifənin öhdəsindən uğurla gələ bilmirlər. Bir vaxtlar Kürdəmir bölgəsində ən tanınmış təhsil müəssisələrindən sayılan Kürdəmir Peşə Liseyi bu gün özünün ən çətin günlərini yaşayır.
Təxminən 300 nəfərə yaxın şagirdi olan liseyin direktoru Şərbala müəllimdir. Etibarlı mənbələrdən aldığımız məlumatlara görə, 6 ixtisas üzrə kadr hazırlığı aparmalı olan liseydə təhsilin durumu olduqca bərbad vəziyyətdədir: «Müəssisənin avtomobilləri köhnədir, buna görə də şagirdlər istehsalatda tətbiq olunan yenilikləri mənimsəyə bilmirlər. Maşın və mexanizmlərin təmirinə ayrılan vəsaitlər şəxsi məqsədlər üçün istifadə olunur. Liseyin binası uçuq-sökük vəziyyətdədir. Direktor cari təmir adı atında büdcədən vəsait alaraq mənimsəyir». Mənbə deyir ki, Şərbala müəllimin müavinlərini və tabeçiliyində çalışan digər şəxsləri işə götürərkən onlardan nəysə tələb edir: «Direktor bildirib ki, işə qəbul olunan şəxslərdən götürdüyü "şirinlik" Təhsil Nazirliyinin razılığını almaq üçün lazımdır. Lakin bir müddət sonra məlum olub ki, deyilənlər tamamilə yanlışdır. Yəni həmin pul Təhsil Nazirliyinə yox, məhz Şərbala müəllimin özünə lazım imiş. Buradan aydın şəkildə görünür ki, Kürdəmir Peşə Liseyinin direktoru heç kimə təmənnasız iş görmür. Kürdəmir Peşə Liseyində hər şagirdin qəbulu üçün valideynlərdən müəyyən miqdarda nəysə tələb olunur. Məhz bu kimi neqativ məqamlar liseydə təhsilin keyfiyyətini aşağı salıb. Direktor həyata keçirdiyi qanundankənar işlərdə daha çox Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərovun adını hallandırması ilə bağlıdır. Və deyir ki, yığdıqlarımın bir hissəsini ona çatdırıram». Məsələyə münasibət öyrənmək üçün direktorla əlaqə saxlasaq da, onun telefonu cavab vermədi.
Hər halda qaraşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.