backend

Kürdəmirin icra başçısının deputat çobanına gücü çatmırmış...

Kürdəmirin icra başçısının deputat çobanına gücü çatmırmış...




















Kürdəmirin deputatı Fərhad Qəribovla bağlı redaksiyamıza ilginc məlumat daxil olub

Bildirilir ki, Fərhad Qəribovun oğlu Elnurun çobanı Bayram Baxşıyev deputat atasına arxalanaraq rayonun Muradxanlı kəndində Allaha bəndəlik etmək istəmir və Ərəbzəngi kimi kəndin 22 evinə gedən yolu qanunsuz zəbt edib.
İcra nümayəndəsi deyir ki, həmin 22 nəfər kənd sakinin adından Rayon İcra Hakimiyyətinə və Polis Şöbəsinə müraciət edilsə də bu günədək heç bir tədbir görülməyib.
Kənd sakini Ağaxan Cəfərov deyir ki, icra başçısı Ceyhun Cəfərovun qəbulunda olublar və başçı da aqrar məsələlər üzrə müavini Əşrəf Şükürova problemi həll etmək tapşırığı verib. Amma başçı müavini verdiyi sözə əməl etməyib və camaat əlaqədar dövlət orqanlarının problemə biganə yanaşmalarına etiraz edirlər.
Sakinlərin iddiasına görə, icra başçısı ilə deputatın arası yoxdur və elə buna görə də icra başçısının müavini əslində çox asanlıqla həll edilməli olan bu problemi çözməkdə acizlik sərgiləyir. Amma sakinlər deyirlər ki, artıq əsəbləri tarıma çəkilib və belə getsə həmin 22 nəfər şikayətçi ilə ərköyün çoban arasında çox ciddi münaqişə yaranacaq, o zaman icra başçısının və polisin gecikmiş müdaxiləsi bir işə yaramayacaq...

S.Yolçu