backend

İMIŞLİ MƏDƏNIYYƏT VƏ TURIZM ŞÖBƏSININ MÜDIRI SÜLEYMAN BƏŞİROV HAQDA ŞOK İTDİHAM

İMIŞLİ MƏDƏNIYYƏT VƏ TURIZM ŞÖBƏSININ MÜDIRI SÜLEYMAN BƏŞİROV HAQDA ŞOK İTDİHAM












Redaksiyamıza İmişli Rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Süleyman Bəşirovla bağlı ilginc məlumatlar daxil olub

Məlumatda bildirilir ki, İmişli Rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri ixtisas baxımından tamamilə başqa bir sahə üzrə mütəxəssisdir. Gəncə Kənd Təsərrüfatı Akademiyasının mühasibatlıq fakültəsində təhsil almış Bəşirov uzun müddət mühasibatçı olmuşdur. Beləki, İmişli Rayon Mədəniyyət və Turizm şöbəsinin əvvılki müdirinə torba tikərər,icra başçısına külli-miqdarda rüşvət vermə yolu ilə onun yerini tutmuşdur. Bildirək ki, onun təhsili bu vəzifədə oturmağa imkan vermədiyindən Bəşirov vəziyyəti düzəltmək üçün Gəncə Dövlət Universitetində tarix fakültəsində ikinci ali təhsil almağa qərar verir. Hərçənd ki, mənbələrin iddialarına görə həmin universitetdə Süleyman Bəşirovun indiyədək üzünü görən olmadığı bildirilir. Elə, əldə etdiyimiz məlumatda da bildirilir ki, Gəncə Dövlət Universitetində qiyabıçı tələbələr yanvar ayından sessiyada olsalar da, Süleyman Bəşirov o vaxt heç universitetin həndəvərində belə olmayıb. Bir digər mənbədən aldığımız məlumatda isə bildirilir ki, Bəşirov bu hoqqaları vəzifədə qalması üçün etmiş və onun adıçəkilən universiteti oxumadan hazır diplom əldə etmişdir. Bu səbəbdən də onun həmin universitetin tarix fkultəsinə aid diplomu saxtadır. Çünki, Gəncə Dövlət Universitetin sözcüsü ilə əlaqə yaradıb, məsələyə aydınlıq gətirmələrini istədik. Cavab isə belə oldu. "2000-ci ildən bu günə qədər Süleyman Bəşirov adlı şəxsin bu universitetdə təhsil almasını sübut edən heç bir sənədə rast gəlinmədi "... Həqiqətəndə bu münasibət onu sübut edir ki, Süleyman Bəşirovun həmin universitetdən əldə etdiyi diplom saxta olduğu üçün yararsızdı. Onuda bildirək ki, Süleyman Bəşirov haqqında yeni ilginc məlumatlar daxil olub. Beləki, bir ay bundan əvvəl yaxın dostu ilə Nərimanov ərazisində yerləşən "Məxməri çay evi"ndə mədəniyyət işçisi olaraq hansı "mədəniyyətini" hərəkətləri ilə ifaə edib. Və cənab Bəşirov gecə saatlarına qədər kimin peşində olub?...

Ülkər