backend

Özümüzə rəva bilmədiyimizi, özgəsinə rəva görməyək

Özümüzə rəva bilmədiyimizi, özgəsinə rəva görməyək















Ülkər Heydərova

Texnikanın günü- gündən inkişaf etiyi bir dövrdə yaşasaq da nəqliyyatda olan problemlərimiz səngimək bilmir. Gündəlik həyatımızda baş verən müəyyən xoşagəlməz hadisələr var ki, onları görsək belə görməməzlikdən gələ bilmirik. Buna misal olaraq isə metrodaki qatarların çatışmamazlığından və orada baş alıb gedən problemlərdir. Hər gün evdən çıxarkən isə ilk ağlımıza "görəsən vaxtında çata biləcəyəm mi? və yaxud "sağ-salamat çatacağammı?" kimi fikirlər gəlir.

Bakı Metropolitenin rəisi Zaur Hüseynov metrodan istifadə haqda bir çox səmərəli işlər görüb və təkliflər irəli sürüb. Bu bizə rahat şəkildə istifadə etməkdə xeyli kömək olub. Ancaq bütün bunlara baxmayaraq danılmaz fakt budur ki, bəzi işlər hələ də yarımçıq qalıb. Qatarların dövrüyəyə buraxılmasında ləngimələr haqqında tədbirlər görürmü? Bu artıq onların üzərinə düşən ən vacib məsuliyyətdir. Daha yaxşı olar ki, bu tədbirlərdən biri də metronun döşəməsi haqqında tədbir görülsün. Çünki hazır ki, vəziyyətdə 28 may metrosundaki keçid ərazisindəki döşəmə normal yeriş üçün əlverişli deyil. Metronun döşəməsi çox yüksək səviyyədə düzəlsə də, ondan istifadə qaydasına heç kəs fikir verməyir. Nəinki yaşlı insanlar, hətta cavanlar da döşəmənin üzərində sərbəst yeriyə bilmirlər. Mən dəfələrlə sürüşərək yıxılanların şahidi olmuşam. Gözləmək lazım deyil ki, kimsə xəsarət alsın. Ümidvaram ki, bu irada fikir verərlər. Düşünürəm ki, Zaur müəllim bu halların qarşısını almaq üçün bir çox təkliflərlə bizi sevindirər.
İndi isə qayıdıram biz insanların üstünə düşən vəzifələrə.
İnsan həyatında mədəniyyətin, etika qaydalarının rolu böyükdü. Lakin elə insanlar var ki, bundan bixəbərdi. Ya da bilib əməl etməkdən boyun qaçırırlar. Yol boyu müşahidə etdiyim bəzi insanların "etikadan kənar" hərəkətləri məni həm cəmiyyətdən uzaqlaşdırır, həm də onları tənqid hədəfinə tutmağa məcbur edir.
Hamımızın bildiyi kimi, bu gün metro stansiyaların, avtobus sıxlığı hər kəsi məyus edir. Gediş - gəliş çətinləşdiyindən insanların vaxtlı- vaxtında öz məkanına çatması onları yubadır. Sıxlığı yaradan səbəblərin isə avtobusların və ya qatarların sıradan çıxmış olduğunu və nəqliyyat çatışmamazlığı ilə izah edirlər.
Hər hansı bir qatarın gəldiyi zamana nəzər salsaq əgər, bu insanların bir- birinə qarşı nə qədər etinasız olduğunu hamımız görə bilərik. Canavar sürüyə daraşan kimi bu insanların bir- birini qovaladığını izlədim. Bu cür hallarda isə böyük kiçiyə , kiçik isə böyüyə qarşı hörmətini itirir. Xalamgilə qonaq gedərkən belə hallarla qarşılaşdıqda çox məyus oldum.
İlk növbədə bu cür halların qarşısını almaq qismən də olsa biz insanların əlindədir. Bir- birimizə qarşı diqqətli olmaq hər birimizin borcudur. Hətta bunu metro stansiyalarının məlumat börosunda bir qadının elan edərkən bizim eşitməməyimiz mümkün deyil. Halbu ki, dəfələrlə fikir verdiyimdən verilən elanlara çox səthi yanaşırlar.
Sivilizasiyanın yüksək səviyədə inkişaf etdiyi dövrdə belə halların baş verməsi çox təəccülü görünür. Və ümidvaram ki, bu məsələlər öz yerini taparaq problemlərin çözülməsində kömək olacaq. Gəlin özümüzə rəva bilmədiyimizi, özgəsinə rəva görməyək.