backend

Nazir müavininin adı ayı ovu işinə qarışdı

Nazir müavininin adı ayı ovu işinə qarışdı
















Orucəli Hacıyevin Şamaxıdakı olayın sifarişçisi qismində adı hallanır

Bir müddət əvvəl xəbər vermişdik ki, Şamaxıda ayı ovu həyata keçirilib. Bununla bağlı qaynar.tv-də video belə yayımlanmışdı. Görüntülərdə Şamaxı RİH başçısının Avaxıl kənd İcra nümayəndəsi Alik, Şamaxı Rəsədxanasının təsərrüfat işləri üzrə direktor müavini Cövdət Həsənov və daha bir neçə nəfər dağlarda ayı ovlayaraq, bunu bayram edirlər.

Məlumatlarda vurğulanırdı ki, Şahdağ Milli Parkının Pirqulu ərazisi üzrə direktor müavini Xanmusa Cəlilovdur. Məlum ov isə Şahdağ Milli Parkının direktoru Füzuli müəllimin icazəsi ilə edilib. Həmin görüntülərdən belə məlum olur ki, Alik yeyib-içdikdən sonra Füzuli müəllimə 400 dollar pul verildiyi, daha 200 dollar isə Xanmusa Cəlilova verildiyini deyir. O da məlum olur ki, ov əti ayrı-ayrı vəzifəlilərə pay edilib, 100 kq isə "Çinarlı" restoranına və "Şirvan" restoranına satılıb.

Redaksiyamıza daxil olan yeni məlumatda Şamaxıda vurulmuş ayının əti Bakıya göndərilib. Bu barədə iddia olunur ki, ayı ovunun təşkili sifariş əsasında reallaşdırılıb. Və bu işin sifarişçisi kimi, fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyevin adı hallanır. İddia edilir ki, nazir müavini vəzifəyə təyin etdiyi Şamaxı Rəsədxanasının təsərrüfat işləri üzrə direktor müavini Cövdət Həsənovdan bu ovu həyata keçirməsini istəyib. Həmçinin o da vurğulanır ki, bu hadisəni törədənlərlə bağlı Şamaxı polisində başladılmış təhqiqat da məhz sözügedən şəxsin xahişi əsasında qapadılıb.

Nazir müavininin adı ayı ovu işinə qarışdı

Nazir müavininin adı ayı ovu işinə qarışdı

Nazir müavininin adı ayı ovu işinə qarışdı

Nazir müavininin adı ayı ovu işinə qarışdı