backend

Oxucularımızın yaradıcılığı

Oxucularımızın yaradıcılığı










Samid Məmmədli

Azadlıq


Bu gün küçədə qəribə hala düşdüm. Divara ünvan olaraq Azadlıq prospekti 20-53 yazılan bir lövhənin qabağında qurumaqda olan, lakin budanmış bir ağac vardı. Yəqin ki, rəssam olsaydım bunu çəkərdim.Amma daha çox ağac və azadlıq! Deyirlər azadlığın da öz rəngi var.Mənim gördüyüm azadlıq təbiətin rəngindədi. Lakin sıxıldıqca xəzan kimi sarı-şabalıdı olur.Həyatda elə hissler var ki, onlardan daha çox yazılır.Bəli, duyğu, düşüncə, sevgi, ölüm, azadlıq kimi...Heminqueyin şah əsəri olan "Qoca və dəniz"den bir hissə yadıma düşdü: insanı öldürmək olar, ancaq məğlub etmək olmaz. Mənə görə, insanı həm də hisslərsiz yaşatmaq olmaz.Azadlıq əslində ferdi də də olsa hərkəsdə var hetta qulda bele.Amma azadlığı hansısa bir nəsnədə görmək problemdi.Məsələn,bir uşaq azadlığı ana nəzərindən qaçıb tapdığı məşğuliyyətdə axtarır.Bəziləri ise tənhalıqda.Tənhalığın azadlığı... məncə ən düzgün ifade budu. Bax, ağaclar çox azaddı.Azadlıq üçün mütləq nəsə lazımdı.Necə k,i ağaca su lazım olduğu kimi.Səhrada bitən tək ağac da, ormanlardan boylanan ağaclar da, nə fərqi varki azadlıqdadılar.Qayıdaq Azadlıq prospekti 20-53 yazılan lövhənin qabağında qurumaqda olan, lakin budanmış ağaca.Bu ağacı yeqinki kəsəcəklər.Bəs azadlığı alınacaqmı əlindən?