backend

Allahın son kəpənəyi

Allahın son kəpənəyi










Samid Məmmədli

...Qabığımdan çıxanda ətrafa uyğunlaşa bilmirdim.Qanadlarım quruyana qədər gözləməli olmuşdum.Ətrafa baxdığımda məni dünyaya gətirənin nə olduğunu fikirləşməyə çalışırdım, amma deyəsən allah mənə beyin verməmişdi axı.Bəs məni niyə belə tək qoymuşdular? Qışqırmaq istəyirdim:ah tanrım sən bunudamı aldın əlimdən? Beləcə söylənə-söylənə qəribə səslər çıxara bilirdim.Hələ bu səslərin nəyə lazım olduğunu bilməsəmdə gələcəkdə nəyəsə lazım ola bilərdi.Nəyə lazım olacağını isə bilmirdim.Qanadlarım artıq qurumuşdu.Bu qədər tez qurumağı təəccüblü olsada daha səvincliydim çünki uçacaqdım ilk qidama doğru.Anam məni doyuzdurmamışdı.İlk olaraq havaya qalxmağa başladım çətin olsada bacarmışdım.Artıq mən də yüksəklərdəydim.Deyəsən tanrı məni səvirdi çünki bu qədər ətirli və ləzzətli gülləri mənə vermişdi.Sanki məndən başqa bu ləzzəti duyan yoxuydu.Qışqırıb hamını yanıma çağırmaq istəyirdim, amma alınmadı məlum məsələyə görə...Əşşi kim lazım idiki mənə? Əsas oduki azad idim hara istəsəydim uçacaqdım. Bir budağın üstünə qonaraq görəcəyim işləri planlamaq istəyirdim.Qarşımda çox işlər var idi ama ən lazımlısı və ən maraqlısını seçməliydim.Ah...yadıma düşdü deyəsən mən ən lazımlılarını seçə bilməzdim axı.Deməli,ən maraqlıları məni gözləyirdi.İndi bacara bildiyim qədər yüksəklərə qalxıb aşağı baxacaq, sonra qarşımda gördüyüm dağa qədər uçub ətrafı seyr edəcəkdim.Yolda əgər acsam,lap uzaqlarda, bax o yoxuşlardakı lalələrdən şirə çəkəcəyəm. Daha sonra öz dostlarımı tapacam,bəlkə bir mahnı də zümzümə eləyim? Yoox, bacarmaram axı.Sən məni niyə bələ yaratdın tanrım?! Bunları bacarmalıydım! İnnən belə heç cəhd də etməyəcəm.Əsas odu ki qarşıda çox gözəl işlər var hələ...Qoy fikirləşimgörüm necə maraqlı günüm keçəcək.Hələ yola çıxım daha gözəl fikirlər gələr yəqin ağlıma.Hava da qaralmağa başlayır.Qoy heç olmazsa bir arzumu yerinə yətirim- yüksəklərə qalxım...Beləcə düşüncə oylağımda artıq havalanmışdım və hər şeydən uzaqlaşırdım.Bu nədi, belə ucalmağı yoxsa bacarmıram? Aman allah, nəfəsim kəsilməyə başlayır! Deyəsən mən ölürəm!!! Uff. bu qədər məqsəd qoymuşdum qarşıma.Deyəsən hamısı bircə arzumun civarındaymış...Eh, tanrım mənim, ömrün bu qədər qısa olacağını niyə söyləmədin?..