backend

Suriya HHQ-ri üsyançıların mövqelərinə zərbələr endirdi: 57 nəfər ölüb

Suriya HHQ-ri üsyançıların mövqelərinə zərbələr endirdi: 57 nəfər ölüb






















Hava hücumu zamanı 100-dən çox raket buraxıldığı qeyd olunub

Suriya Hərbi-Hava Qüvvələrinin üsyançıların paytaxt Dəməşq ətrafındakı mövqelərinə endirdiyi zərbələr nəticəsində 57 nəfər ölüb.

qaynarxett.az-nun APA-ya istinadən verdiyi xəbərə görə, ölənlərdən 12-si uşaqdır.

Məlumat Suriyada insan haqları üzrə Monitorinq Şurası tərəfindən yayılıb.

Məlumatda hava hücumu zamanı 100-dən çox raket buraxıldığı qeyd olunub.