backend

Bakı Nalbandyanı boş demoqoqiyaya son qoymağa çağırdı

Bakı Nalbandyanı boş demoqoqiyaya son qoymağa çağırdı























“İrəvan ən tez bir zamanda sülh sazişi üzərində danışıqlara başlamalıdır”

Ermənistan rəhbərliyi nəhayət dərk etməlidir ki, beynəlxalq ictimaiyyətin və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin tələblərinə uyğun olaraq, yalnız Ermənistanın işğalçı silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarıldıqdan sonra regionda sülh, təhlükəsizlik və sabitlik bərqərar oluna bilər.

Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın son şərhlərinə cavab olaraq bildirib.

Qeyd edək ki, Edvard Nalbandyan Münxendə ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşdə Azərbaycanı ittiham edərək deyib ki, Bakı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini dalana dirəyir.

Hikmət Hacıyev bildirib ki, mahiyyətsiz, boş və demaqoqiya xarakterli bəyanatlar vermək əvəzinə Ermənistan rəhbərliyi ilk növbədə ATƏT-in Minsk Qrupunun həmsədrləri başda olmaqla, dünya ölkələrinin rəhbərlərinin israrlı çağırış və müraciətlərinə riayət edərək ən tez bir zamanda sülh sazişi üzərində danışıqlara başlamalıdır.