backend

Səfir: Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll olunmalıdır

Səfir: Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll olunmalıdır






















“Bu il o qədər gənc hərbçi faciəvi şəkildə həlak olub ki”

Biz bu ilin əvvəlindən təmas xəttində və beynəlxalq sərhəddə baş verən hadisələrdən narahatıq.

qaynarxett.az erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə Britaniyanın Ermənistandakı səfiri Ketrin Liç bəyan edib.

“Bu il o qədər gənc hərbçi faciəvi şəkildə həlak olub ki... Atəşkəs rejiminin keçən ilki pozulma və ölüm hadisələri tendensiyası davam edir”, - səfir qeyd edib.

Onun sözlərinə görə, Britaniya ATƏT-in Minsk qrupunun həmsədrlərinin Krakovda səsləndirdikləri və tərəfləri atəşkəs rejiminə riayət etməyə çağıran bəyanatını dəstəkləyir.

“Beynəlxalq ictimaiyyətin bu qəbildən olan ismarışları təkrarlaması və gələcəkdə də inamın möhkəmləndirilməsinə dair tədbirlərə çağırması mühümdür. Sülh yolu ilə tənzimləmənin alternativi mövcud deyil”, - səfir bəyan edib.