backend

Harvardda müəllim və tələbələr arasında seks qadağan edildi

Harvardda müəllim və tələbələr arasında seks qadağan edildi






















“Tələbələr bura bizdən nə isə öyrənməyə gəlirlər”

Harvard Universitetində bakalavr pilləsində müəllim və tələbələr arasında romantik münasibətlər və seksual əlaqələr qadağan edilib.

Bu barədə USA Today xəbər verib.

Təhsil ocağının rəhbərliyi izah edib ki, daha öncə universitet qaydaları belə əlaqələrdən çəkindirirdi, amma rəsmi qadağa yox idi.

Professorlardan biri qeyd edib:

“Tələbələr bura bizdən nə isə öyrənməyə gəlirlər, biz bura onlarla intim əlaqələr yaratmaq üçün gəlmirik”.

Harvardda magistratura və ya dissertasiya müdafiəsinə hazırlaşan tələbələr ilə müəllimləri arasında şəxsi münasibətlər qadağan deyil, əsas olan tələbənin münasibətdə olduğu müəllimin onun elmi rəhbəri olmamasıdır.

Amerika universitetlərində romantik münasibətlər və seksual əlaqələr çox güclü şəkildə variasiya edilir: məsələn, bəzi ali təhsil ocaqlarının nizamnamələri onları bəyənməsə də birbaşa qadağa mövcud deyil.

Amma son illərdə bir sıra aparıcı Amerika universitetləri Yel də daxil olmaqla öz siyasətlərinə yenidən baxıblar və müəllimlərlə tələbələr arasında seksual əlaqəni qadağan ediblər. Bu, müəllim heyətinin öz vəzifəsindən sui-istifadənin qarşısını almaq üçündür.