backend

Ermənistan Müdafiə Nazirliyi: “Sərhəddə müharibə gedir, əgər uduzsaq...” - (Yenilənib)

Ermənistan Müdafiə Nazirliyi: “Sərhəddə müharibə gedir, əgər uduzsaq...” - (Yenilənib)
















“Sərhəddə yavaş müharibə gedir.Bu müharibədə uduzmaq təkcə insan itkiləri ilə deyil, həm də mövqelərin itirilməsi ilə nəticələnə bilər”

Bu sözləri Ermənistan Müdafiə Nazirliyinin rəsmisi Artsurun Ovanisyan jurnalistlərlə söhbətində deyib. Onun sözlərinə görə, sərhəddə situasiya yanvarın əvvəllərindən gərgin olaraq qalır, əgər erməni tərəfi düşmənin həmlələrini dəf etməsə itkilər verəcək.

Qeyd edək ki, Azərbaycan və Ermənistan qoşunlarının bütün təmas xətti boyu atışmalar səngimir. Bu zaman hər iki tərəfdən itkilər var. Ermənistan Müdafiə Nazirliyi fevralın 5-də təmas xəttinin Ağdam-Xocavənd istiqamətində azı bir hərbçisini itirdiyini təsdiqləyib, həmin gün axşam Azərbaycanla sərhəd Tavuş vilayətinin Verin Karmiraxpur kəndində mülki şəxsin həlak olduğunu açıqlayıb. Azərbaycan tərəfdən isə Tovuz rayonunun Əlibəyli kəndi düşmənin intensiv atəşi altındadır. Bu kənddə bir qadın yaralanıb, evlərə ziyan dəyib. Azərbaycan ordusu düşmənin bu təxribatlarını cavabsız qoymayıb.

Atışmalarda hər iki tərəfdən ağır silahların-minomyotların və iriçaplı pulemyotların, qumbaratanların, hətta topların tətbiqi intensiv xarakter alıb.

* * *11:42

Azərbaycan Ordusnun əsgəri şəhid olub.

qaynarxett.az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, fevralın 5-də axşam saatlarında erməni silahlı bölmələri ilə atışmada xidməti vəzifələrini yerinə yetirərkən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu, əsgər Ağayev Fərid Rüfət oğlu ağır yaralanıb.

Əsgərimizə vaxtında və müvafiq tibbi yardım göstərilməsinə baxmayaraq təəssüflər olsun ki, onun həyatını xilas etmək mümkün olmayıb.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına və əzizlərinə dərin hüznlə baş sağlığı verir və səbr diləyir!