backend

Müğənni Maral Tahirqızı ilə bağlı cinayət işi məhkəməyə göndərildi

Müğənni Maral Tahirqızı ilə bağlı cinayət işi məhkəməyə göndərildi
















Müğənni Maral Tahirqızı barəsində başlanan cinayət işinin istintaqı sona çatdırılıb

Bu barədə "Report"a Xətai Rayon Polis İdarəsindən (RPİ) məlumat verilib.

Cinayət işinin materialları Xətai Rayon Məhkəməsinə göndərilib. Qeyd edək ki, Gülməmmədova Maral Tahir qızı barəsində Xətai RPİ-nin istintaq şöbəsində əvvəlcə Cinayət Məcəlləsinin 244.1-ci (Fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə) maddəsi ilə cinayət işi başlanılıb.

Daha sonra - 15 noyabr 2014-cü il tarixində cinayət işi Cinayət Məcəlləsinin 244.2.1-ci (eyni əməllər təkrar törədildikdə) maddəsinə tövsif edilib. Onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.