backend

89 ABŞ konqresmeni Gülən üçün Kerriyə müraciət etdi - "Güləni Ərdoğanın əlindən alın..."

89 ABŞ konqresmeni Gülən üçün Kerriyə müraciət etdi - "Güləni Ərdoğanın əlindən alın..."

















ABŞ Konqresinin 89 üzvü , ölkənin Xarici İşlər Naziri Con Kerryə məktub yazaraq Fətullah Gülənə yaxın jurnalistlərin həbs olunduğunu və bununla bağlı Türkiyə prezidenti Ərdoğan ilə danışmalarını istəyiblər


qaynarxett.az Avropa.info-ya istinadən xəbər verir ki, Fətullah Gülənin çərşənbə günü "Nyu-York Tayms"da dərc olunan və Ərdoğan hakimiyyətini tənqid edən məqaləsindən bir gün əvvəl Amerika Konqresinin 89 üzvü Kerriyə məktub yazaraq, Fətullah Gülənin xahişini ediblər.

Məktubda deyilir:

"Türkiyədə media mənsublarına qarşı son həbslərdən dərin narahatlıq keçiririk. Güclü demokratiya, inkişaf etmək üçün həm tolerantlıq, həm şəffaflıq tələb edilir , amma Türkiyə hökuməti müxalif səsləri qorxutma, nəzarətə almaq, təzyiq altında saxlamaq qərarı verib ki, bu da Türkiyənin sahib olduğunu iddia etdiyi bütün demokratik prinsiplərə təhdiddir.

Türkiyənin ən çox satılan gündəlik qəzeti Zamanın baş redaktoru Əkrəm Dumanlı və Samanyolu Media Qrupunun İcraçı Direktoru Hidayət Qaraca, 14 Dekabr 2014-cü ildə sual doğuran ittihamlarla həbs ediliblər. Bu media mənsublarının Ərdoğan hakimiyyətinə müxalifət kimi tanınan Fətullah Gülənlə bağları var. Təəssüf ki, Hidayət Qaraca hazırda məhbus olaraq mühakimə olunmağı gözləyir.

Bu həbslərdən bir il əvvəl Ərdoğan hakimiyyətinə qarşı korrupsiya iddiaları gündəmə gəldi. Bundan sonra 400 nəfər (Gülənin dəstəkçisi olduğu bildirilən 150 nəfər daxil) Tvitterdə yaxından izlənib və Türkiyədə sosial mediaya giriş əngəllənib. Müxalifəti susdurmağa yönəlik daha əvvəlki səylərə əlavə olaraq bu son həbslər , Türkiyədəki hər kəs üçün azadlıq, demokratiya və iqtisadi rifah üzərində mənfi bir təsir yaratdı.

O üzdən bu ittihamları sülh yolu ilə həll etmək üçün, sizdən prezidenti Ərdoğana müraciət etmənizi xahiş edirik."