backend

Ukrayna öz “NATO”-sunu yaradır və Azərbaycanı da dəvət edir

Ukrayna öz “NATO”-sunu yaradır və Azərbaycanı da dəvət edir






















“Biz öz “Təhlükəsizlik şura”mıza rəhbərlik etməliyik”

Ukrayna müdafiə nazirinin müşaviri Aleksandr Danilyuk əmindir ki, onun ölkəsi çətin ki, Şimali atlantik alyansına qəbul edilə, ona görə də o, postsovet məkanında öz “Təhlükəsizlik şurası”na rəhbərlik etməlidir.

“Əminliklə demək olar ki, Ukraynanı NATO-ya heç bir zaman qəbul etməyəcəklər, belə ki, bu məsələlər üzv ölkələr ilə konsensual həll edilir”, - Danilyuk öz Facebook səhifəsində yazıb.

qaynarxett.az-nun xəbərinə görə, bununla əlaqədar o əlavə edib:

“Ukrayna şəxsi “Təhlükəsizlik şurası”nın lideri olmalıdır, bu şura regionun analoji problemləri olan, digər postsovet ölkələrini birləşdirməlidir: hər kəsdən öncə Gürcüstan, Moldova, Azərbaycandır, amma daxili siyasət istiqamətlərinin dəyişdirilməsi ilə Belarus, Ermənistan və Qazaxıstan da perspektivdədir”.

Cümə axşamı Fransa prezidenti Fransua Olland xüsusilə qeyd edib ki, onun ölkəsi əvvəlki kimi Ukraynanı NATO-da görmək istəməzdi.

“Bu barədə dəqiq danışmaq lazımdır, biz bütün ölkələrə düzünü, o cümlədən də nəyi qəbul etməyə hazır olmadığımız barədə deməliyik. Fransanın mövqeyi belədir”, - prezident deyib.