Bakıda oğul anasından 800 manat oğurladı

376

Bakıda oğul anasından 800 manat oğurladı






















DİN məlumat yaydı

Bakı şəhər sakini Lətifə Fərzəliyevanın 800 manat pulunu oğlunun oğurlaması məlum olub.

Daxili İşlər Nazirliyindən verilən məlumata əsasən, fevralın 5-də Lətifə Fərzəliyevanın mənzilindən pul qapının qıfılına açar seçmək yolu ilə oğurlanıb.

Nərimanov RPİ 17-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş onun oğlu Mikayıl saxlanılıb.