backend

Həbsxanadan sensasion məktub: “Zurab Jvaniyanı 12 nəfər öldürdü, 3-ü indi nazirdir” - VIDEO

Həbsxanadan sensasion məktub: “Zurab Jvaniyanı 12 nəfər öldürdü, 3-ü indi nazirdir” - VIDEO













Gürcüstanın keçmiş baş naziri Zurab Jvaniyanın şübhəli ölümü ətrafında yeni sensasiya baş verib


qaynarxett.az gürcü qaynaqlarına istinadən xəbər verir ki, Teymuraz Qvaramiya adlı məhbus həbsxanadan Jvaniyanın ölümü üzrə məhkəmə prosesini aparan hakimə məktub göndərərək onu dindirməyi xahiş edib.

Qvaramiya özünü keçmiş prezident Mixail Saakaşvilinin mühafizəçisi kimi təqdim edir. Hakim David Mqeliaşvili onun məktubunu məhkəmə prosesində oxuyub.

Məhbus yazır ki, o, Jvaniyanın öldürülməsinin şahidi olub. Onun sözlərinə görə, baş nazir Gürcüstanın şərqindəki Kaxeti bölgəsinin Telavi rayonunda öldürülüb. Bu qətldə 12 nəfər iştirak edib və onlardan 3-ü hazırkı hökumətdə nazir postu tutur.

Məktub müəllifi bu sözlərini sübuta yetirmək üçün videokadrlara malik olduğunu yazır. Videokadrların surətini baş prokurora göndərdiyini bildirir.

Məhbus yazır ki, bundan əvvəl həmin kadrları keçmiş baş prokurora da göndərmişdi, ancaq heç bir tədbir görülmədi.

Keçmiş baş prokuror Mamuka Qvaramiya Jvaniyanın öldürülməsini ört-basdır etməkdə təqsirləndirilir və hazırda müttəhimlər kürsüsündədir. Onun vəkilləri məhbusun həbsxanadan göndərdiyi məktubda deyilənlərin həqiqətə uyğun olmadığını bildiriblər.

Hakim Qvaramiyanın dindirilməsinə dair qərarını elan etməyib. Onun hansı ittihamla həbs olunduğu, Saakaşvilinin mühafizə xidmətində işləyib-işləmədiyi məlum deyil.

Zurab Jvaniya və Kvemk-Kartli regionunun qubernatorunun müavini Raul Yusufov 2005-ci il fevralın 3-də ölü tapılıblar. Onların ölümünə dair rəsmi versiya dəm qazından boğulmadır. Lakin Gürcüstanın indiki hakimiyyəti bu şübhəli ölümlərdə Mixail Saakaşvilini ittiham edir.

Bundan əvvəl qətldə şəxsən Saakaşvilinin də iştirak etdiyi, Jvaniyanın cəsədinin karton qutuya qoyularaq Tiflisdəki konspirativ mənzillərdən birinə atıldığı haqda məlumatlar yayılmışdı.