backend

Meyxanaçı ilə ilahiyyatçı arasında söz dueli

Meyxanaçı ilə ilahiyyatçı arasında söz dueli






















Elə cəfəngiyyat düşüncə və sözlərdən Allaha pənah aparıram"

Tanınmış ilahiyatçı İsmayıl Əhməd meyxanaçı Elşən Xəzərə cavab verərkən bu sözləri səsləndirib.

Elşən Xəzərin "Meyxana İslamın özüdür, Meyxana Əhli-beyt deməkdir!" sözləri ilahiyyatçının etirazı ilə qarşılanıb.

"Bu cəfəngiyat fikirlər hansı məntiqlə dilə gəttirilə bilər? İslamın nə olduğunu Allah-Təala öz kitabında dəfələrlə vəsf edir. Görəsən o qədər ayələrin heç birini oxumayıblarmı? Oxuyublarsa, başa düşməyiblər, yoxsa başa düşmək istəməyiblər? Bəs Əhli-beyt barədə nazil olan ayələri? Bu sözlərin müəllifindən və onu müdafiə edənlərdən soruşuram: Meyxana ilə tanış olmayan və onun nə olduğunnu blməyən və bilmək belə istəməyən müsəlman millətlər üçün İslam və Əhli-beyt nədir? Cavab verin görək, bir-birinizin abırını aparan ifadələrlə vəsf etdikləriniz də meyxanadır, İslam və Əhli--beytdə?!", - deyə, İsmayıl bəy, meyxanaçıya və onun kimi düşünənlərə suallar ünvanlayıb.

Mən İslama xidmət edən bütün ruhani və qeyri ruhaniləri bu cəfəngiyyatla mübarizə aparmağa çağırıram.