backend

Kiçik İdarə müdirinin böyük korrupsiya gəlirləri

Kiçik İdarə müdirinin böyük korrupsiya gəlirləri












Kürdəmir Mexaniki Suvarma İdarəsi müdirinin qazandığı yüz minlər

Mollakənd Mexaniki Suvarama İdarəsinin müdiri Həmid Abbasov neçə oliqarxa çevrilib?


Kürdəmir rayonunda fəaliyyət göstərən Mollakənd Mexaniki Suvarma İdarəsinin müdiri Həmid Abbasovun həyata keçirdiyi maxinasiyalar barədə məlumat vermişdik. Adı çəkilən təşkilat rəhbərinin yeni maliyyə maxinasiyaları ilə bağlı daxil olan yeni məlumatda iddia olunur ki, Mollakənd Mexaniki Suvarma İdarəsinin müdiri Həmid Abbasov dövlətdən ayrılan vəsaitləri mənimsəməklə qalmır, həmçinin idarə müdiri, idarənin balansında olan texnikaları, avadanlıqları və su-təchizat qurğularını da sataraq külli miqdarda dövlət vəsaitini mənimsəyib.

Qeyd edək ki, Mollakənd Mexaniki Suvarma Sistemləri İdarəsi su nasosları vasitəsi ilə Kür çayından Kürdəmir rayonunun 30-a yaxın kəndinin su ilə təminatını və 40 min hektara yaxın əkin sahəsinin suvarılmasını həyata keçirir. İdarənin xidmət sahəsində ümumilikdə 575 km kanal, 48 nasos stansiyası, 85 hidrotexniki qurğu və 150-yə yaxın işçi var.

Daxil olan məlumatda göstərilir ki, Həmid Abbasovun əsas qanunsuz qazanc mənbələrindən biri idarənin balansında olan kanalların lildən təmizlənməsi, il boyu kanalların cari təmiri ilə bağlı həyata keçirilən maliyyə əməliyyatlarıdır. İddiya əsasən hər il Həmid Abbasovun «buxalteriyasında» kanalların lildən təmizlənməsi adı altında yüz min manatlarla vəsait «yuyulur». Məlumatda qeyd olunur ki, Mexaniki Suvarma İdarəsinin müdiri bu maliyyə maxinasiyaları ilə kifayətlənməyərək, Sudan İstifadəedənlər Birlikləri tərəfindən yığılan su pullarını da mənimsəyir. Mənbə bildirir ki, idarə müdiri il ərzində yığılan 300 min manatdan çox vəsaitin bir hissəsini Sudan İstifadə Edənlər Birliklərinin rəhbərləri ilə birlikdə nəğd şəkildə mənimsəyir. Yəni faktiki olaraq əhalidən dövlətin nəzərdə tutduğundan 4-5 dəfə artıq vəsait toplanır və bu vəsitdə idarə müdiri ilə bölüşdürülür. Yığılan vəsaitin yerdə qalan hissəsi isə hər il Mollakənd Mexaniki Suvarma İdarəsinin balansındakı texnikaların təmirinə, mal matrealların, mexaniki qurğular üçün ehtiyyat hissələri, elektirik avadanlıqlarının təmiri, mexanizmlər üçün ehtiyyat hissələrin alınmasına və suvarma şəbəkələrinin lildən təmizlənməsinə istifadə adı altında “silinir”. Alınan mal-materiallar, ehtiyyat hissələrinin qiymətlərinin bir neçə dəfə şişirdildiyi qeyd olunur.

Məlumatlı mənbə bildirir ki, Həmid Abbasovun digər gəlir mənbəyi isə Meliorasiya və Su Təsərrüfatı ASC-dən ayrılan yanacaq və sürtgü yağlarının mənimsənilməsidir. Belə ki, qurğulara ayırdığı yanacaq və sürtgü yağları idarə müdiri tərəfindən sənədləşdirmələrdə bir neçə dəfə artırılır və il ərzində 100 tondan çox yanacaq pulu Həmid Abbasovun cibinə daxil olur. İdarə müdiri dövlətdən oğurladığı tonlarla yanacağı və sürtkü yağını 5 qəpik ucuz qiymətə Yevlax və Bərdə rayonlarındakı yanacaqdoldurma məntəqələrinə satdırır.

Bundan başqa göstərilir ki, Həmid Abbasovun Mexaniki Suvarma İdarəsinin balansında olan qurğuların bəzilərini yararsız kimi səndləşdirərək şəxsi təsərrüfatı olan iri sahibkarlara satdığı qeyd olunur. Mənbə iddia edir ki, Gəncəbasar zonasında böyük təsərrüfatların istifadə ediyi iri tutumlu su qurğularını və nasosları sahibkarlara məhz Həmid Abbasov satıb.

Məlumatda o da göstərilir ki, Meliorasiya və Su Təsərrüfatı ASC-nin Mollakənd Mexaniki Suvarma Sistemləri İdarəsində hər dəfə yoxlama aparanda külli miqdarad dövlət vəsaitinin mənimsənilməsi üzə çıxır. Ancaq Həmid Abbasov həyata keçirdiyi korrupsiyaları üzə çıxaran yoxlama heyəti ilə münasibətlərini hər dəfə «düzəldə» bilir. Çünki ASC-nin Suvarma sistemlərinin istismarı sobəsinin mudiri Əjdər Cavadovun Həmid Abbasovla münasibətləri həmişə yüksək səviyyədə olur. Əjdər Cavadovun və təbii ki, ASC rəhbərinin payını hər ay vaxtı vaxtında yollayan Həmid Abbasov bu üzdən toxunulmaz hesab olunur. Daxil olan məlumatda həmçinin qeyd olunur ki, Həmid Abbasovun Kürdəmir rayonunun Çərtəyəz, Ərəbxana kəndləri ərazisində 200 hektara yaxın torpaq sahəsi və heyvandarlıq təsərrüfatı var. Bundan başqa rayonun mərkəzində bir neçə mağazası, Kürdəmir Yevlax yolunun üstündə isə restorana sahibdir.