backend

Fətullah Gülənin Azərbaycan imamı “Bank Asya”nın gizli ortağıdır

Fətullah Gülənin Azərbaycan imamı “Bank Asya”nın gizli ortağıdır

















Türkiyədə Fətullah Gülənə bağlı biznes aktivlərinin ələ keçirilməsinə yönəlmiş cəhdlər ölkənin ən iri banklarından olan “Bank Asya”ya qarşı təqiblərlə müşayiət olunur

Hökumətə yaxın “Sabah” qəzeti hazırda banklara nəzarət komissiyası BDDK-nın təqibləri qarşısında olan “Bank Asya”nın imtiyazlı ortaqlarının arasında Fətullah Gülənin Azərbaycan imamının da yer aldığını yazıb.
Məlum olur ki, Azərbaycanda əvvəlcə fəaliyyəti dayandırılan, daha sonra başqa mülkiyyətçinin idarəetməsinə verilən Fətullah Gülən məktəbləri şəbəkəsinin daxil olduğu “Çağ Öyrətim” şirkətinin rəhbəri Ənvər Özerən və onun bu yaxınlaradək Burdurda məmur işləyən qardaşı Rafet Özeren “Bank Asya”nın imtiyazlı ortaqları arasında yer alır.

Fətullah Gülənin Azərbaycan imamı “Bank Asya”nın gizli ortağıdır
















Ənvər Özeren (solda) Abdulbari Gözələ diplom təqdim edir

Həmçinin bankın ortaqları arasında M.K. adlı evdar qadın da yer alır. O, səhmlərini 2011-2013-cü illər arasında bankçılıq fəaliyyəti ilə heç bir əlaqəsi olmayan xarici şirkətə satıb. Daha sonra həmin hissələri geri alaraq Fətullah Gülən şəbəkəsinə bağlı şirkətlərdən birinə verib.
BDDK “Bank Asya”da yoxlamalara imtiyazlı ortaqların kimliklərinin gizli saxlanıldığını əsas gətirərək başlayıb. Bildirilir ki, 185 imtiyazlı ortaqdan 122-nin barəsində məlumatlar vaxtında BDDK-ya təqdim edilməyib. Bu isə banklar haqqında qanunun pozulmasıdır. Araşdırmalar bankın səhmdarları arasında “Gülən” soyadlı 5 nəfərin yer aldığını da üzə çıxarıb.
Nəticədə BDDK “Bank Asya”nın idarə heyətinin səlahiyyətlərini dayandırıb və bankın idarəçiliyini Əmanətlərin Sığortalanması Fonduna (TMSF) verib.
Prezident Rəcəb Tayyib Ərdoğan fevralın 6-dakı çıxışı zamanı növbəti dəfə “paralel yapı” təhlükəsinə qarşı mübarizədən danışıb və “Bank Asya”nın Fətullah Gülənə məxsusluğuna eyham vuraraq deyib: “Sən hocasan, yoxsa bankirsən?”