backend

İrandan olan azərbaycanlı “Egoiste” üçün çılpaq fotosessiyaya çəkildi – FOTO + VİDEO

İrandan olan azərbaycanlı “Egoiste” üçün çılpaq fotosessiyaya çəkildi – FOTO + VİDEO






















“Fransa məni azad etdi”

Əslən azərbaycanlı olan iranlı aktrisa Qolşifte Farahani fransız jurnalı “Egoiste” üçün çılpaq fotosessiyaya çəkilib.

qaynarxett.az “Le Haffington Post”-a istinadən xəbər verir ki, Farahaninin çılpaq şəkilləri jurnalın üz qabığında yerləşdirilib.

Fotoqraf Paolo Reversi Farahaninin şəkillərini ağ-qara rəngdə çəkib.

İrandan olan azərbaycanlı “Egoiste” üçün çılpaq fotosessiyaya çəkildi – FOTO + VİDEO































“Paris dünyada qadınların özünü günahkar hiss etmədikləri yeganə yerdir. Şərqdə ilk seksual impulslarını hiss edən kimi sən dünyada hər zaman diqqət mərkəzindəsən. Fransa məni azad etdi”-, aktrisa deyib.

2011-ci ildən Parisdə yaşayan Qolşifte Farahani deyir ki, İran hakimiyyəti ona evə qayıtmamasını deyib.

“Mədəniyyət Nazirliyinin bir əməkdaşı mənə dedi ki, İrana heç bir aktyor və ya incəsənət xadimi lazım deyil, sən öz xidmətlərini başqa yerdə təklif edə bilərsən”, - o daha öncə bildirmişdi.

Beləliklə, 2008-ci ildə aktrisa “Yalanın vəhdəti” filmində hicabsız çəkildiyi üçün artıq sərt tənqidə məruz qalmışdı. O zaman İran hakimiyyəti ona ölkəni tərk etməyə qadağa qoymuşdu. İndi isə İranın sərhədlərindən kənarda olduğu halda hakimiyyət ona geri qayıtmağı qadağan edib.





Qolşifte Farahaninin iştirak etdiyi son film – “Nəticə” geniş prokatda 2014-cü ildə təqdim edilib.

Qeyd edək ki, Qolşifte Farahani milliyyətcə azərbaycanlıdır. Daha öncə internetdə onun Azərbaycan dilində oxuduğu video yayılmışdı.