backend

Azərbaycanda daha bir neft şirkətində ixtisarlar başladı

Azərbaycanda daha bir neft şirkətində ixtisarlar başladı






















“Şirkət optimallaşdırma siyasəti aparır”

“Karasu Development Company”də ixtisarlar aparılır.

qaynarxett.az oxu.az-a istinadən xəbər verir ki, bunu “APA-Economics”ə şirkətin hüquq departamentinin rəhbəri Anar Qurbanov bildirib.

A.Qurbanovun sözlərinə görə, aparılan ixtisarlar dünya bazarlarında neftin kəskin ucuzlaşması ilə əlaqədardır:

“Bildiyiniz kimi, dünya bazarlarında neftin qiymətinin kəskin ucuzlaşıb. Bununla əlaqədar, şirkət optimallaşdırma siyasəti aparır. Müvafiq ştat strukturlarında dəyişikliklər aparılır”.

Bununla yanaşı, şirkət rəsmisi ixtisarların neçə işçiyə şamil olunduğunu deməyib.

Qeyd edək ki, Neftçilərin Hüquqlarının Müdafiəsi Komitəsi qeyri-hökumət təşkilatının sədri Mirvari Qəhrəmanlı bildirib ki,”Karasu Development Company” əsasən 50-59 yaşlı işçiləri ixtisar edir.

“İxtisar olunanların əksəriyyəti yaxşı mütəxəssislərdir. Amma bu yaşdan sonra onlara iş tapmaq çox çətin olacaq. Şirkət rəhbərliyi ixtisarları neftin kəskin ucuzlaşması ilə əlaqələndirir”, - deyə M.Qəhrəmanlı bildirib.

Bundan başqa, hüquq müdafiəçisi bildirib ki, ixtisarlar “Karasu Development Company”nin daxil olduğu “Global Energy Azerbaijan Group”un digər strukturlarında da aparılır.

Qeyd edək ki, “Karasu Development Company”nin təxminən 500 işçisi var.