backend

Arif Quliyevin 85 yaşlı anası üzə çıxdı - VİDEO

Arif Quliyevin 85 yaşlı anası üzə çıxdı - VİDEO















“Mən onu atmamışam"

ATV kanalında yayımlanan “Səni Axtarıram”verilişinə qatılan 85 yaşlı Qızbəs Səmədova ötən verilişdə Azərbaycanda çox məşhur olan bir şəxsin onun oğlu olduğunu iddia etmişdi.

Oxu.Az xəbər verir ki, verilişin bazar günü efirə gedən buraxılışında Qızbəs Səmədovanın oğlu olduğunu dedidyi şəxsin adı açıqlanıb. Bu, Azərbaycanın xalq artisti Arif Quliyevdir:

“Mən onu atmamışam. Atası rəhmətə gedəndən sonra yenidən ailə qurdum. Övladımı bibisi sünnət etdirmək üçün məndən alıb apardı və geri gətirmədi. Sonradan məlum oldu kı,onu uşaq evinə verib. Efirlərin birində Arifin həyat hekayəsini izləyəndə bildim ki, mənim oğlumdur”, - deyə Qızbəs Səmədova bildirib.

Qeyd edək ki, məsələyə aydınlıq gətirmək üçün xalq artisti Arif Quliyev studiyaya gəlib. "Səni Axtrarırm"ın növbəti buraxılışında gerçəklər üzə çıxacaq (atvxeber.az).