backend

Səudiyyə Ərəbistanın "neft savaşı"nın sirri - Azərbaycanlı iqtisadçılar nədə yanıldılar?

Səudiyyə Ərəbistanın "neft savaşı"nın sirri - Azərbaycanlı iqtisadçılar nədə yanıldılar?




















Neft qiymətlərinin getdikcə düşməsi və qiymətin qalxması üçün Səudiyyə Ərəbistanın neft hasilatını heç cürə azaltmaq istəməməsinin səbəbi məlum olub

qaynarxett.az Avropa.info-ya istinadən xəbər verir ki, azərbaycanlı analitiklərin dediyi kimi qiymətlər heç də Ukrayna məsələsinə görə enmir. Səudiyyə Ərəbistanı ABŞ-ın diktəsi ilə Rusiyanı “cəzalandırmaq” yox, Rusiyanın dünya neft bazarında artan payını zəiflətmək uğrunda savaşır. Döyüş meydanı Ukrayna yox, Çinin daxili istehlak bazarıdır.

Məsələ ondadır ki, son 1 ildə Səudiyyə Ərəbistanın Asiya bazarına ixrac etdiyi neftin miqdarı xeyli azalıb. Krallığın Çin bazarında payı 8% azaldığı halda, Rusiya öz payını 36% artırıb. Bu isə sutkada 665 min barel deməkdir. Səudiyyə Ərəbistanı Çinə ən çox neft ixrac edən ölkə olsa da, Rusiya nefti getdikcə onu sıxışdırıb çıxarır.

Çin isə rus neftinin idxalını artırmaqda davam edəcək. 2014-cü ildə Çinin Rusiyadan idxal etdiyi neftin miqdarı 30 milyon ton olub. 2020-ci ildə bu rəqəm 50 milyona çatacaq. Bu rəqəm Səudiyyə Ərəbistanın Çin bazarındakı payına bərabərdir.

Çinin özü də Rusiyadan neft idxal etməkdə maraqlıdır. Çünki hava şəraitinin dəyişməsi ucbatından Yaxın Şərqdən dəniz yolu ilə gətirilən neft daşınmalarında fasilələr yaranır.

Rusiyanın aqressiv neft siyasəti qarşısında Səudiyyə Ərəbistanın neft qiymətlərini aşağı salmaqdan başqa çarəsi qalmır. Krallıq ABŞ bazarında da öz mövqelərini itirir. Belə ki, ABŞ-da lay neftinin çıxarılması nəticəsində ölkə xaricdən neft idxalını azaldıb.

Rusiya və ABŞ neftinin çıxarılması Yaxın Şərqlə müqayisədə daha baha başa gəldiyindən Səudiyyə dünya bazarında neft qiymətlərini minimuma endirmək siyasəti izləyir. Yalnız bu yolla rəqiblər bazardan sıxışdırıla bilər.

Bu il Asiyalı alıcılar üçün “Arab light” neftinin bir bareli 0,9 dollar ucuzlaşdırılacaq. Martda Oman və Dubay neftinin ümumi dəyəri 2,3 dollar endiriləcək. Bu isə son 14 ildə ən aşağı göstəricidir.

Bunun əksinə olaraq, Qərbi Avropa üçün ərəb neft 0,7 dollar, ABŞ üçün 0,15 dollar bahalaşacaq.

Hal-hazırda Səudiyyə Ərəbistanı Asiya neft bazarında 70% paya sahibdir. Bu payı qorumaq üçün neft qiymətlərində istənilən endirimə gedəcək.