backend

İmişlidə şəxsiyyət vəsiqələrini yığırlar - Səbəb (Özəl)

İmişlidə şəxsiyyət vəsiqələrini yığırlar - Səbəb (Özəl)






















Son bir həftədir İmişli Rayonunda üç nəfər bütün qapıları gəzərək yaşı 70-dən çox olan vətəndaşların şəxsiyyət vəsiqəsinin sürətin yığır

Bu haqda Avropa.info-ya məlumat verən İmişli sakinləri bildiriblər ki, şəxsiyyət vəsiqələrini yığan şəxslər bunun səbəbini belə izah edirlər. "Bizi seçki dairəsindən göndəriblər, yaşlı adamlara mart ayında yardım edəcəyik, ona görə şəxsiyyət vəsiqələrin sürətini yığırıq".

Məlumatı dəqiqləşdirmək üçün İmişli Seçki Darəsi üzrə DSK sədri Sabit Yaqubovla əlaqə saxladıq. Sabit Yaqubov məlumatı qismət təsdiqləyib: "Bəli biz yaşlı vətəndaşları qeydiyyata alırıq. Ona görə ki, qarşıdan parlament seçkiləri gəlir. Kimlərin həqiqətəndə yaşadığını təsdiq etməliyik. Yardım məsələsi isə yalandır, bizim əməkdaşlar elə bir söz deməz."