backend

Bakıda tanınmış iş adamı "Hilton" oteldə 1,8 milyona ev aldı

Bakıda tanınmış iş adamı "Hilton" oteldə 1,8 milyona ev aldı




















“Hilton Baku” otelində 1,8 milyon manata satışa çıxarılan mənzil alınıb

Azvision.az-ın əldə etdiyi məlumata görə, mənzilin yeni sahibi tanınmış iş adamıdır. Onun kimliyi isə hələlik açıqlanmır.

Hazırda oteldə daha bir yeni mənzil satışa çıxarılıb. 20 mərtəbəli “Hilton Baku”nun 13-cü mərtəbəsində yerləşən mənzilin ümumi sahəsi 220 m2 təşkil edir. 3 otaqlı mənzil 2,5 milyon manata təklif olunur . Mənzilin dəniz mənzərəli olduğu bildirilir.

Qeyd edək ki, “Hilton Baku” hələlik mənzil təklif edən yeganə paytaxt mehmanxanasıdır. Belə apartamentlər “Flame Tower” otelində var, amma bu binada mənzillər hələ satışa çıxarılmayıb.