backend

Ukrayna ordusu genişmiqyaslı hücuma keçdi - mövqelər geri qaytarılır

Ukrayna ordusu genişmiqyaslı hücuma keçdi - mövqelər geri qaytarılır























Ukrayna ordusunun “Azov” alayı bu səhər separatçıların əlində olan Novoazovsk şəhərinin üzərinə genişmiqyaslı hücum təşkil edib

qaynarxett.az xəbər verir ki, “Azov” səhər saatlarında separatçıların mövqelərini intensiv atəşə tutub. Mariupol ətrafında 20-dən çox Ukrayna hərbi texnikası cəmləşib.

Genişmiqyaslı hücum nəticəsində Donetskin strateji əhəmiyyətli Kominternovo kəndinin üzərində Ukrayna bayrağının dalğalandığı bildirilir.

“Azov” döyüşçüləri separatçıların blokpostlarını təmizləməklə məşğuldur. Bütün cəbhə boyu şiddətli döyüşlər gedir.

Daha əvvəl “Azov” batalyonu Pavlopolya kəndinin alındığı məlumatını vermişdi.