backend

Gülən üçün Kerriyə məktub yazan konqres üzvlərinin kimliyi məlum olub

Gülən üçün Kerriyə məktub yazan konqres üzvlərinin kimliyi məlum olub























Türkiyədə Gülən camaatına qarşı həyata keçirilən əməliyyatlardan narahat olan ABŞ konqres üzvlərinin yazdığı məktubda imzası olanların kimliyi məlum olur

Avropa.info xəbər verir ki, “paralel dövlət”-ə qarşı həyata keçirilən əməliyyatlardan narahat olub dövlət katibi Con Kerriyə məktub yazan 88 konqres üzvünün arasında İsraili müdafiə edənlərin da olduğu bildirilir.

Məlumatda bildirilir ki, məktuba imza atan konqres üzvləri arasında İsrail Müttəfiqləri Qrupunun rəhbəri, Mavi Mərmərə hadisəsi zamanı İsraili müdafiə edən simalar və Fələstinə hücumları dəstəkləyən lobbi nümayəndələri də var.

“Star” qəzetində yer alan xəbərə görə ABŞ dövlət katibi Con Kerriyə məktub yazan 88 konqresmendən üçdə ikisinin İsraillə əlaqəsi var.

Xatırladaq ki, Konqresin 88 üzvü Kerriyə məktub yazaraq Türkiyə prezidenti Ərdoğanla əlaqa yaratmasını və Türkiyədə Gülənlə əlaqəsi olan jurnalistlərin həbslərini gündəmə gətirməsini istəmişdi.

Məktuba imza atan 88 şəxsdən bəziləri bunlardır:

- Matt Salmon: ABŞ-dakı İsrail Müttəfiqləri Vəqfinin qabaqcıl şəxslərindənbiridir. İsrailin Fələstinə qarşı işgal və qırğınlarının ən böyük dəstəkçisidir.

- Trent Franks: Konqresdəki İsrail Müttəfiqləri Qrupunun sədri. Mavi Mərmərə basqınında İsrailə dəstək verən məzmunlu məktubu Obamaya göndərən qrupun başındakı şəxs.

- Dana Rohrabaçer: İsrail lobbisinin mühüm simalarından biri olmasıyla yanaşı Kiprdə Türkiyəni işğalçı olaraq xarakterizə edən çıxışları ilə də tanınır.

- Doug Lamalfa, Randi Veber, John Yarmus, Randi Hultgren, Bill Conson, Reid Ribbli, Joys Beatti, Aaron Sçock, Lin Vestmorelənd, Stiv Stivers: 2014-cü ildə minlərlə fələstinlinin ölümüylə nəticələnən İsrail hücumlarını dəstəkləyən senatorlar.

Adları keçən şəxslər həm də ABŞ Konqresindəki İsrail lobbisinin qabaqcıl şəxsləridir.