backend

"Abşeron"da atışma - 1 ölü, 2 yaralı

"Abşeron"da atışma - 1 ölü, 2 yaralı




















Rusiya Federasiyasının paytaxtı Moskva şəhərinin Parkovaya-15 küçəsində yerləşən, azərbaycanlılara məxsus “Abşeron” kafesində mübahisə və atışma baş verib

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, fevralın 10-na keçən gecə baş verən hadisə zamanı 1 nəfər ölüb, 2 nəfər ağır yaralanıb.

Hüquq-mühafizə orqanlarından bildiriblər ki, gecə saat 01 radələrində bir qrup müştəri kafedə dava-dalaş salıb. Mübahisə zamanı odlu silahdan istifadə olunub. Nəticədə 1 nəfər öldürülüb. Ağır yaralanan 2 nəfər xəstəxanaya çatdırılıb. Hadisəni törədənlər qaça bilib.

Polis təhqiqat aparır. Ölən şəxsin və yaralıların adları açıqlanmayıb.