backend

Əsədə qarşı vuruşan müxaliflərdən yeni ixtira - "Həyat Tankı" (Video)

Əsədə qarşı vuruşan müxaliflərdən yeni ixtira - "Həyat Tankı" (Video)


















Suriyada Əsəd rejiminə qarşı vuruşan müxaliflər yeni silah ixtira ediblər

qaynarxett.az xəbər verir ki, son 4 il yüksək kalibrli snayper silahı, avtomatik məsafədən idarə olunan snayper silahı,bomba yüklü vasitə hücumlarında istifadə edilmək üçün uzaqdan pult ilə idarə edilən maşın, çoxlu hava sistemləri və düşdüyü yerdə 200 metr yeri məhv etmə gücünə malik toplar ixtira edən Suriya müxalifləri, indi də həyat qurtarmaqda lazımlı olacaq yeni, funksiyası çox olan bir kəşfə imza atıblar.

Bölgədə davam edən toqquşmalarda yaralanan müxalifləri isti münaqişə bölgəsindən sürətli çıxara bilən yeni, mini tanklar hazırlanıb.

Müxaliflər tərəfindən sosial mediada yayımlanan video görüntüdə, adını "Həyat Tankı" qoyduqları bu cihazın 120 kiloya qədər çəki götürmək qabiliyyətinə malik olduğu və 2 nəfəri döyüş bölgəsindən uzaqlaşdırmaq imkanına malik olduğu bildirilib.