backend

Ukraynada azərbaycanlıların kafesini darmadağın etdilər

Ukraynada azərbaycanlıların kafesini darmadağın etdilər






















Məkanın divarları praktiki olaraq dağılıb

Donetskdə artilleriya atəşi nəticəsində “Abşeron” kafesi zərər çəkib.

qaynarxett.az xəbər verir ki, separatçılar tərəfindən açılan atəş nəticəsində Donetsk şəhərinin Kuybışen rayonunda Yermolay Jukov 70, ünvanında yerləşən bir neçə mərmi “Abşeron” kafesinə düşüb.

Mərmilərin kafeyə düşməsi nəticəsində kafenin divarları praktiki olaraq dağılıb; pəncərəsi və qapıları yoxdu, hər şey dağıdılıb.

Qeyd edək ki, bu kafe azərbaycanlılara məxsusdur.

Zərərçəkənlər haqqında məlumat yoxdur.

Xatırladaq ki, Ukraynanın şərq vilayətlərində müharibə artıq bir neçə aydır davam edir. Hökumət qüvvələri və separatçılar arasında gedən döyüşlərdə hər iki tərəfdən, o cümlədən dinc sakinlər arasında itkilər var.